“Həkimlərə aylıq sabit və işin nəticələrinə görə həvəsləndirici əlavələr verilir. Qəbələ RMX-də 2023-cü ildə həkimlərə verilən işin nəticələrinə görə həvəsləndirici əlavələrin məbləği ortalama 733 manat olmuşdusa, 2024-cü ilin 6 ayında bu rəqəm 1206-ya qədər yüksəlib”.
Sosialmedia.az xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına təşkil olunan mediatur zamanı deyib.
O bildirib ki, əmək haqlarının artırılmasına səbəb pasiyent sayının çoxalması, Xidmətlər Zərfində tibbi xidmətlərin sayının və tariflərinin artması olub:
“Bəzi həkimlərimiz üçün işin nəticələrinə görə hesablanmış həvəsləndirici əlavələrin məbləği 2023-cü ildə maksimum 2200 manatı, 2024-cü ilin ilk 6 ayında isə 3600 manatı keçib”.
Qurum əməkdaşı bəzi hakimlərin daha yüksək əməkhaqqı aldıqlarını qeyd edib:
“Elə həkimlər 4000 manatdan çox əmək haqqı alır. Bu, pasiyent sayına görə dəyişir”.
523 views