Sosialmedia.az xəbər verir ki , Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisindəki mağazaların birindən ümumilikdə 2 000 manatdan artıq nağd pul, tütün məmulatları və orada quraşdırılan ödəmə terminalının kassasını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş P.Bayramov saxlanılıb.
Bundan başqa saxlanılan şəxsin Gəncə şəhərində digər anoloji cinayətlər törətdiyi də məlum olub.
291 views