Sosialmedia.az xəbər verir ki , Fransa prezidenti Makron və Böyük Britaniyanın baş naziri Starmer Baydeni Ukraynaya uzaq mənzilli “Storm Shadow” raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verməyə razı salmaq istəyirlər.
“The Telegraph” yazır ki, Ukrayna indi Rusiya ərazisində “Storm Shadow” raketlərindən istifadə etmək üçün icazə alarsa, Trampın bu qərarından sonra geri qayıtması daha çətin olacaq.
Sentyabrda KİV-də xəbərlər yayıldı ki, Böyük Britaniya artıq Ukraynaya Rusiyadakı hədəflərdə “Storm Shadow” uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verib. Bununla belə, The Telegraph indi bildirir ki, ABŞ bu icazəni bloklayır, çünki raketlərdə Amerika istehsalı olan hissələr var.
219 views