Sosialmedia.az 

İdmançımız Avropa çempionu oldu – VİDEO

Azərbaycanlı idmançı Avropa çempionatının qalibi olub.

Sosialmedia.az xəbər verir ki, 11-15 iyun tarixlərində Rumıniyada  keçirilən qol güləşi (Armrestling) Avropa çempionatına yekun vurulub. Çempionat Rumıniyanın Kodlea şəhərində baş tutub. Yarışda Avropanın müxtəlif ölkələrindən yüzlərlə idmançı qüvvəsini sınayıb. Çempionat juniorlar, böyüklər, veteranlar və para-idmançılar arasında müxtəlif çəki dərəcələrində təşkil olunub. Yarışın qalibləri və komanda hesabında ən yaxşı nəticə göstərən ölkələr çempionatın yekununda müəyyənləşib.

Həmyerlimiz Vadim Əkbərov rəqiblərinə qalıb gələrək Avropa çempionu adına layiq görülüb. Azərbaycan Dövlət Himninin sədaları altında ona çempionatın qızıl medalı təqdim olunub.

Посмотреть эту публикацию в Instagram

Публикация от Xeberci Press Show (@xeberci_es)

196 views