Sosialmedia.az-

Azyaşlılar üçün əməyin mühafizəsi üzrə maarifləndirici jurnal hazırlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən azyaşlılar üçün əməyin mühafizəsi qaydaları üzrə maarifləndirici “Boyama” jurnalı hazırlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sosialmedia.az-a verilən məlumata əsasən, jurnal uşaqlarda erkən yaşlardan əməyin mühafizəsi mədəniyyəti, təhlükəsizlik qaydaları, iş yerlərində fərdi mühafizə vasitələri barədə ilkin təsəvvürlərin yaradılması məqsədi daşıyır.

Jurnalın daha geniş auditoriya üçün əlçatanlığını təmin etmək məqsədilə onun elektron versiyası da təqdim olunur. “Boyama” jurnalını elektron qaydada əldə etmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz.

http://https://demx.gov.az/az/media/cap-mehsullari

180 views