Sosialmedia.az

ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb

“ASAN xidmət”in və “Kontakt”ın birgə təşkilatçılığı ilə Şuşa şəhərində “Zəfərdən inkişafa” media inkişaf proqramı keçirilib. Proqram Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi (AİİM) tərəfindən 3-cü dəfə reallaşdırılır.

Sosialmedia.az xəbər verir ki, 22 İyul – Milli Mətbuat Gününə həsr olunan proqramda müxtəlif media qurumlarının nümayəndələri iştirak ediblər.

Əsas məqsəd bu kateqoriyadan olan şəxslərin süni intellekt texnologiyalarından səmərəli istifadə bacarıqlarının artırılması, informasiya istehsalında innovativ yanaşmaların təşviqi, eyni zamanda onların şəxsi inkişafı və effektiv kommunikasiya sahəsində bilik, bacarıqlarının gücləndirilməsidir.

İştirakçılar mediada müasir süni intellekt alətləri, trendlər və texnologiyaların praktik tətbiqi ilə tanış olublar. Vörkşoplar və real nümunələr əsasında müxtəlif süni intellekt həllərinin məzmunu əsasında xəbər hazırlanması üzrə praktiki bacarıqlar əldə olunub. Dezinformasiyanın və manipulyativ kontentin müəyyənləşdirilməsi, eləcə də rəqəmsal təhlükəsizlik, faktların yoxlanılması istiqamətində aktual mövzular üzrə biliklər də təqdim olunub.

Səfər çərçivəsində iştirakçılar Dövlət Xidmətləri Mərkəzində Şuşa regional “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

Proqramın gedişində iştirakçıların çoxsaylı sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb — foto 1ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb — foto 2ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb — foto 3ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb — foto 4ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb — foto 5ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb — foto 6ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb — foto 7ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb — foto 8ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb — foto 9ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb — foto 10ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb — foto 11ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb — foto 12ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb — foto 13ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb — foto 14
179 views