Sosialmedia.az xəbər verir ki , Andriy Sıbiqa Avropa İttifaqı Şurasının prezidenti Antonio Kostanın başçılıq etdiyi Aİ nümayəndə heyətinin tərkibində Kiyevə gələn Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas ilə görüşüb.
Rəsmilər Ukrayna və Aİ-nin prioritetləri: Aİ-nin hərbi dəstəyinin gücləndirilməsi, Ukraynanın müdafiə sənayesinə sərmayə yatırılması və Aİ-yə üzvlüyün təşviqi ilə bağlı ətraflı danışıqlar aparıblar.
Onlar həmçinin Rusiyaya qarşı sanksiyaları, xüsusən də onun “kölgə donanması”nı müzakirə ediblər.
170 views