Azərbaycanda artıq 10-cu dəfə “SENİ Cup” Azərbaycan Çempionatı keçiriləcək. Bununla bağlı olaraq, Azərbaycan Boccia İdman Federasiyasının prezidenti Vüqar Behbudov, Boccia İdman Federasiyasının vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmov, SENİ şirkətinin marketoloqu Fəridə Fərziyeva arasında görüş keçirilib.
Sosialmedia.az bildirir ki, Vüqar Behbudov bildirib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə idmanın inkişafına göstərilən xüsusi qayğı nəticəsində Azərbaycan idman sahəsində, həmçinin paralimpiya hərəkatında böyük nailiyyətlərə imza atıb və dünyada idman ölkəsi kimi tanınır. Bunun nəticəsidir ki, əlilliyi olan idmançılarımız dəfələrlə beynəlxalq və yerli çempionatlarda iştirak ediblər və uğur qazanıblar.
Görüş zamanı Federasiyanın vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmov hazırlıq mərhələsi və məşq prosesi barədə məlumat verib. Təşkilati işlərin yüksək səviyyədə həyata keçirilməsi üçün fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, çempionatın qrup mərhələləri üzrə yarışları 5 dekabrdan başlayacaq. Final mərhələsi isə 13 dekabrda baş tutacaq. Yarışda Azərbaycanın bütün regionlarından 110-dan çox əlilliyi müəyyən edilmiş idmançılar iştirak edəcəklər.
415 views