Sosialmedia.az xəbər verir ki, Dünən günorta saatlarında Abşeron rayonu Masazır qəsəbəsində qətl törədilib.
Saat 14 radələrində 1993-cü il təvəllüdlü Ayxan Əhliman oğlu Hacızadə yaşadığı Masazır qəsəbəsi “Yeni Masazır” yaşayış kompleksindəki mənzildə bıçaqlanıb. O, qarın və kürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən Ayxanın həyat yoldaşı 1993-cü il təvəllüdlü Nazirə Nazir qızı Əliyeva tutulub.
Onların 4 azyaşlı övladının olduğu bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır
39 views