Sosialmedia.az

627 balla NDU-ya qəbul oldu – imtahan qaydalarındakı fürsətdən yararlandı

Ordubad rayonunun Düylün kənd tam orta məktəbinin məzunu Əhməd Hüseynov 627 balla Naxçıvan Dövlət Universitetinin “Kompüter mühəndisliyi” ixtisasına qəbul olub.

Sosialmedia.az xəbər verir ki, Əhməd Hüseynov aprelin 19-da keçirilən buraxılış imtahanında 300 bal toplasa da, rəsmi olaraq maksimal nəticə göstərən məzun kimi elan edilməyib. Buna səbəb onun məktəbdə tədris olunan xarici dildən fərqli bir dil üzrə imtahan verməsi olub.

Dövlət İmtahan Mərkəzi (DİM) məsələ ilə bağlı açıqlamasında bildirib ki, buraxılış imtahanının fənləri dedikdə tədris dili, riyaziyyat və məktəbdə tədris olunan əsas xarici dil nəzərdə tutulur.

Qeyd olunub ki, Əhməd Hüseynov buraxılış imtahanında Azərbaycan dili, riyaziyyat və rus dili fənləri üzrə imtahan verib. O, Azərbaycan dili və riyaziyyat fənlərinin hər birindən 100 bal toplasa da, əsas xarici dil kimi imtahan verdiyi rus dilindən aşağı nəticə göstərib.

Bununla belə, Əhməd Hüseynov ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün buraxılış imtahanındakı nəticəsindən istifadə edib və qəbul imtahanında topladığı balla birlikdə 627 bal nəticə göstərərək NDU-nun “Kompüter mühəndisliyi” ixtisasına qəbul olub.

Beləliklə, məzun imtahan qaydalarının verdiyi imkanlardan yararlanaraq yüksək nəticə əldə edib

171 views