Sosialmedia.az

Tramp İranla bağlı növbəti qərar ərəfəsində

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin gedişatı ilə bağlı növbəti qərarları müzakirə etdiyini açıqlayıb.

Sosialmedia.az Metbuat.az-a istinadən xəbər verir ki, Tramp “Axios”a açıqlamasında İrana qarşı daha genişmiqyaslı hücumun başlayıb-başlamayacağı ilə bağlı suala “Hər şey mümkündür” cavabını verib.

ABŞ Prezidenti müharibənin sonunda qalib gələcəklərini bildirib. Bunun razılaşma yolu ilə baş verib-verməyəcəyinin isə hələ məlum olmadığını deyib.

Tramp İranın nüvə silahına sahib olacağı təqdirdə bundan istifadə edə biləcəyini də iddia edib.

ABŞ lideri İranla bağlı növbəti qərarları müzakirə etdiyini və gələn həftə Nyu-Yorkda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Oman liderləri ilə görüşəcəyini bildirib. Bu görüşün İran müharibəsi ilə bağlı sonrakı addımların müzakirəsinə həsr olunacağı barədə məlumat yayılıb.

Tramp İranın ABŞ-la birbaşa təmasda olduğunu və razılaşma əldə etməyə çalışdığını da söyləyib.

O, həmçinin gələn həftə BMT Baş Assambleyasının iclasları çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşə biləcəyini açıqlayıb. BMT Baş Assambleyasının builki sessiyasında ABŞ-İran münaqişəsinin əsas müzakirə mövzularından biri olacağı gözlənilir.

115 views