Sosialmedia.az

Azərbaycanda sinir sistemi xəstəlikləri üzrə diaqnozların sayı 47,8 faiz artıb

Azərbaycanda ötən il 30 və yuxarı yaşda olan 59 779 nəfərə sinir sistemi xəstəlikləri üzrə diaqnoz qoyulub.

Sosialmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yayımladığı hesabatda məlumat verilib.

Hesabata əsasən, 2024-cü illə müqayisədə sinir sistemi xəstəlikləri üzrə qeydə alınan halların sayı 47,8 faiz artıb.

Digər xəstəlik qrupları üzrə isə azalma müşahidə olunub. Belə ki, infeksion və parazitar xəstəliklər üzrə qeydə alınan hallar illik müqayisədə 44,7 faiz azalaraq 64 066 olub.

Yeni törəmələr üzrə göstərici 15,9 faiz azalaraq 15 611, maddələr mübadiləsi və qidalanma pozuntuları 24,2 faiz azalaraq 48 984, tənəffüs orqanlarının xəstəlikləri 24,2 faiz azalaraq 346 788, həzm sisteminin xəstəlikləri isə 7,4 faiz azalaraq 105 187 təşkil edib.

140 views