Sosialmedia. az xəbər verir ki , ABŞ-ın “Apple” korporasiyası Avropa İttifaqının (Aİ) yeni tələblərinə uyğun olaraq, 28 dekabr 2024-cü ildən etibarən Avropada “iPhone SE” və “iPhone 14” modellərinin satışını dayandıracaq.
Bu qərar, Aİ-nin 2025-ci ilin yanvarından etibarən bütün yeni elektron cihazlarda USB-C portunun istifadəsini məcburi edən qanunvericiliyinə uyğun olaraq qəbul edilib. Hazırda “Apple”ın satışda olan ən köhnə modelləri olan üçüncü nəsil “iPhone SE” və “iPhone 14” seriyası Lightning portu istifadə etdiyindən, yeni tələblərə cavab vermir.
Şirkət, bu modellərin USB-C portuna malik yeni versiyalarını istehsal etmək əvəzinə, onların satışını planlaşdırılandan daha tez dayandırmaq qərarına gəlib. Bununla belə, “Apple”ın 2025-ci ilin martında USB-C portu ilə təchiz ediləcək dördüncü nəsil “iPhone SE” modelini təqdim edəcəyi gözlənilir. Qeyd edək ki, bu dəyişikliklər yalnız Aİ ölkələrinə şamil edilir və digər regionlarda “iPhone SE” və “iPhone 14” modellərinin satışı davam edəcək
110 views