2026-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Sosialmedia.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, pensiya təyin olunan şəxslərin 60,45 faizini kişilər, 39,55 faizini isə qadınlar təşkil edib.
Proaktiv qaydada pensiya təyinatı vətəndaşların müraciət etməsinə ehtiyac olmadan, müvafiq məlumatlar əsasında həyata keçirilir.
83 views
