Sosialmedia.az

Reabilitasiya tədbirləri nəticəsində daha 120-dən çox qazi sağlamlığına qovuşub

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində tədbirlər davam etdirilir. Son iki aya yaxın müddətdə daha 120-dən çox qazinin reabilitasiya potensialının reallaşdırılmasına nail olunub.

Sosialmedia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Bildirilib ki, Agentliyin müəssisələrində qazilər səmərəli reabilitasiya xidmətləri ilə təmin olunurlar. Peşəkar həkim komandası tərəfindən tətbiq edilən sınanmış reabilitasiya üsulları müsbət nəticələr verir.

Qeyd edək ki, Vətən müharibəsindən sonra qazilərdən 450-dək şəxs əvvəlki sağlamlığına qovuşub və əlilliyini geridə qoyub.

Hazırda digər qazilərin də reabilitasiyasının təmin edilməsi, sağlamlıq imkanlarının bərpası və cəmiyyətə fəal inteqrasiyası istiqamətində işlər davam etdirilir.

106 views