“Həzi Aslanov” metrosunda yenidənqurma işləri başa çatıb

Metronun “Həzi Aslanov” stansiyasında dalan yollarının yenidən qurulması işləri yekunlaşıb.

 

Sosialmedia.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

 

Bildirilib ki, yenidənqurma işləri təxminən 280 metrlik ərazidə üç mərhələdə həyata keçirilib.

 

Layihə çərçivəsində ümumi uzunluğu 1 000 metrə yaxın olan dalan yolları müasir dəmir-beton özüllər üzərində qurulub. Yoldəyişdirici qurğular isə dəmir-beton monolit bloklardan hazırlanıb. Dörd yoldan ibarət dalanda ümumilikdə 6 yoldəyişdirici quraşdırılıb.

 

Qeyd edək ki, işlər “Həzi Aslanov” stansiyasının dalanının və stansiyanın dayanıqlılığının artırılması məqsədilə 2025–2030-cu illər üzrə Dövlət Proqramının tədbirlər planına uyğun həyata keçirilib

40 views