Sabah Yardımlı rayonunun bir sıra yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Sosialmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, aşkar edilmiş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar oktyabrın 28-də saat 10:00-dan təmir işləri başa çatanadək Yardımlı şəhərinin və rayonun 7 kəndinin qaz təchizatında fasilə yaranacaq.
Qaz təchizatı müvəqqəti dayandırılacaq yaşayış məntəqələri Qabaqdibi, Vəlixanlı, Köryədi, Mişkireyin, Dəlləkli, Ostayır və Sırıq kəndləridir.
Təmir işləri yekunlaşdıqdan sonra qazın verilişinin bərpa olunması nəzərdə tutulur.
53 views
