Bolt”un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Sumqayıt Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Rəfi Yusifovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.Sosiamedia.azhttp://sosialmedia.az

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talamaq məqsədilə qohumu D.D. (adı, soyadı şərtidir) ilə qabaqcadan əlbir olub. Onlar cinayət əlaqəsinə girərək bir qrup şəxs halında soyğunçuluq törədiblər.

Belə ki, hadisə 2024-cü ildə saat 02 radələrində Abşeron rayonu ərazisində baş verib. Rəfi Yusifov və qohumu “Bolt” tətbiqi vasitəsilə taksi sifariş ediblər. Taksi fəaliyyəti ilə məşğul olan zərərçəkmiş Namiq Ömərov (adı, soyadı şərtidir) “Toyota Prius” markalı avtomobili ilə Abşeron rayonu, Xırdalan şəhərində, “Köhnə bazar” adlanan əraziyə gəlib.

Bundan sonra təqsirləndirilən şəxs və D.D. avtomobilə əyləşərək sürücüdən onları Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsinə aparmasını istəyiblər. Onlar hərəkətin olmadığı qaranlıq əraziyə çatdıqdan sonra sürücünün avtomobilində, dirsəkaltı barın içərisində saxladığı 120 manat nağd pulu tələb edərək alıblar.

Beləliklə, Rəfi Yusifov qabaqcadan əlbir olduğu şəxslə birlikdə zərərçəkmişin pulunu açıq talamaqla soyğunçuluq törətməkdə ittiham olunub.

Hadisədən sonra Rəfi Yusifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq) maddəsi ilə ittiham irəli sürülüb.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

77 views