Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək
Sumqayıtda oktyabrın 31-də cüdo üzrə böyüklər arasında Abşeron-Xızı çempionatı keçiriləcək.
Sosialmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə 13 klub və idman cəmiyyətini təmsil edən 74 cüdoçu mübarizə aparacaq.
Yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
39 views
