Sumqayıtın Corat qəsəbəsində yerləşən XVI-XVII əsrlərə aid Corat hamamlarına gənclərin ekskursiyası təşkil olunub. Məqsəd tarixi-mədəni irsin tanıdılmasıdır.

Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən XVI-XVII əsrlərə aid “Corat hamamları” daşınmaz tarixi abidələrinə gənclərin ekskursiyası təşkil edilib.

Sosialmedia.az xəbər verir ki, ekskursiya Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Gənlərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyinin birgə təşkilatçılığı həyata keçirilib.

Qeyd olunub ki, məqsəd gənclərin tarixi-mədəni irsimiz haqqında məlumatlılığını artırmaq, Corat hamamının tarixi və memarlıq xüsusiyyətlərini tanıtmaq, milli-mədəni dəyərlərin qorunmasına marağı gücləndirməkdir.

 

32 views