Sosialmedia.az

Bakıda müəllimlərin işə qəbulu elan edildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində vakant və müvəqqəti vakant yerlərin kadr təminatı məqsədilə müəllimlərin işə qəbulu elan edilib.

Sosialmedia.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan bölməsi üzrə aşağıdakı fənlərdən müraciətlər qəbul olunur:

  • Azərbaycan dili və ədəbiyyat
  • Riyaziyyat
  • İngilis dili
  • İbtidai sinif

Cari ildə keçirilmiş müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak edən və Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, ingilis dili fənləri üzrə 70 faizdən, ibtidai sinif üzrə isə 80 faizdən yüksək nəticə göstərən namizədlər müraciət edə bilərlər.

Namizədlər müraciət zamanı şəxsiyyət vəsiqəsini və müvafiq ixtisas üzrə diplomunu təqdim etməlidirlər.

Tələblərə cavab verən namizədlər 2 noyabr 2026-cı il tarixindən etibarən saat 11:00-dan 17:00-dək müvafiq sənədlərlə BŞTİ-yə müraciət edə bilərlər.

21 views