Sosialmedia.az

Prezident və xanımı açılışda iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

Sosialmedia.az xəbər verir ki, “Azərsun Holdinq”in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verib.

Bildirilib ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisədə qazlı və qazsız sular, soyuq çay, meyvə tərkibli, vitaminli və azkalorili içkilər istehsal olunacaq. Ərazisi 10 hektar olan müəssisənin illik istehsal gücü 150 min tondur. Məhsulların daxili bazarla yanaşı, xarici bazarlara ixracı nəzərdə tutulur. Burada İtaliya istehsalı olan müasir avadanlıq quraşdırılıb. İstehsal prosesi suyun təmizlənməsi, şərbət hazırlanması, qarışdırma, qazlaşdırma, məhsulun plastik butulka və şəffaf qida qablarına doldurulması, qapaqlanması, etiketlənməsi və qablaşdırılması mərhələlərini əhatə edir.

Layihənin ümumi dəyəri 70 milyon manatdır. Maliyyələşmədə özəl vəsaitlə və bank kreditləri ilə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) dəstəyi ilə 5 milyon manat məbləğində güzəştli kreditdən, həmçinin əlavə 5 milyon manat kredit üzrə zəmanət və faiz subsidiyası mexanizmindən istifadə edilib. Burada 300 nəfər daimi işlə təmin ediləcək.

Qeyd edək ki, müəssisə Şərqi Zəngəzur iqtisadi rayonunda qida sənayesinin inkişafına töhfə verməklə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsində də böyük rol oynayır. Eyni zamanda, bu layihənin reallaşması ölkəmizin ixrac potensialının artırılmasına öz töhfəsini verir.

12:49

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

Sosialmedia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident və xanımı açılışda iştirak etdi - — foto 1Prezident və xanımı açılışda iştirak etdi - — foto 2Prezident və xanımı açılışda iştirak etdi - — foto 3Prezident və xanımı açılışda iştirak etdi - — foto 4Prezident və xanımı açılışda iştirak etdi - — foto 5Prezident və xanımı açılışda iştirak etdi - — foto 6Prezident və xanımı açılışda iştirak etdi - — foto 7Prezident və xanımı açılışda iştirak etdi - — foto 8Prezident və xanımı açılışda iştirak etdi - — foto 9Prezident və xanımı açılışda iştirak etdi - — foto 10Prezident və xanımı açılışda iştirak etdi - — foto 11Prezident və xanımı açılışda iştirak etdi - — foto 12Prezident və xanımı açılışda iştirak etdi - — foto 13Prezident və xanımı açılışda iştirak etdi - — foto 14Prezident və xanımı açılışda iştirak etdi - — foto 15Prezident və xanımı açılışda iştirak etdi - — foto 16
16 views