Azərbaycanlı müğənninin oğlu Los-Ancelesdəki evini qoyub qaçdı -Özəl

Sosialmedia.az xəbər verir ki, “Los-Ancelesdəki yanğın böyük oğlumun evinə yaxınlaşır. Həyəcandan yatmamışam”.

Müğənni Nura Suri bu barədə şəxsi “Facebook” hesabında paylaşım edib.

Qeyd edək ki, müğənninin hər iki oğlu bir müddətdir Amerikanın Los-Anceles şəhərində yaşayır.

Xatırladaq ki, ABŞ-da meşə yanğınları yanvarın 7-də başlayıb. Bir çox insan yanğın səbəbindən evlərini tərk etməli olublar. Onların arasında azərbaycanlılar da var.

28 views