Sosialmedia.az xəbər verir ki , Bakı və Tehran arasında yeni əməkdaşlıq sazişi imzalanacaq.
Yanvarın 21-22-də Tehranda Azərbaycan və İranın birgə iqtisadi komissiyasının 16-cı iclası keçiriləcək.
Komissiyanın iclasına İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev sədrlik edəcək.
Onlar iqtisadiyyat, nəqliyyat, bank işi, investisiya, enerji, turizm və digər sahələr üzrə məsələləri müzakirə edəcəklər.
47 views