Sosialmedia.az xəbər verir ki , dünya İqtisadi Forumu çərçivəsində Ukrayna lideri İsrail, Azərbaycan, Cənubi Afrika Respublikası, Serbiya və Argentina prezidentləri, həmçinin Belçika, Xorvatiya, İsveç, Hollandiya və İspaniyanın baş nazirləri ilə müzakirələr aparıb. Danışıqlarda ölkələr arasında əməkdaşlığa və ədalətli sülhə nail olunmasına diqqət yetirilib.
Rusiyanın Ukraynaya qarşı müharibəsi forumda dünya liderləri, biznes xadimləri və ictimaiyyət nümayəndələri arasında əsas müzakirə mövzularından biri olaraq qalır. Bu, münaqişənin sona çatmasına kömək edəcəyinə söz verən ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən sonra belə miqyaslı ilk qlobal hadisədir.
38 views