Sosialmedia.az xəbər verir ki , bu gün Yer kürəsində 4 bal gücündə geomaqnit qasırğası gözlənilir. Mütəxəssislərin proqnozuna görə, bu qasırğa bir neçə gün davam edəcək.
Xüsusilə meteohəssas insanlar bu dövrdə baş ağrısı, halsızlıq, təzyiqin dəyişməsi və əhval dəyişikliyi kimi narahatlıqlar hiss edə bilərlər.
Elm adamları belə günlərdə istirahətə daha çox diqqət ayırmağı və bol maye qəbul etməyi tövsiyə edirlər.
41 views