Sosialmedia.az xəbər verir ki , novruz və Ramazan bayramları ilə əlaqədar martın 19-dan 31-dək ölkədəki avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə işləyəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma prosesinin fasiləsiz və təhlükəsiz həyata keçirilməsi, biletlərin qanuni qaydada satışı və sərnişin sıxlığının qarşısının alınması üçün müvafiq tapşırıqlar verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtobus intervallarına və sürücülərin təhlükəsizlik qaydalarına əməl etməsinə nəzarət gücləndiriləcək. Sıxlığın qarşısını almaq üçün əlavə avtobuslar xəttə buraxılacaq.
33 views