Çox sevincli və qürurluyam ki, dəyərli həmkarlarımla birlikdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü olaraq mən də bu prosesin fəal iştirakıçısı olmuşam.Sosialmedia.az xəbər verir ki, bu sözləri öz feysbuk profilində Milli Məclisin deputatı,İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müşahidə şurasının üzvü Azər Allahverənov qeyd edib.
“Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaranmasından 4 il keçir. Əminliklə deyə bilərəm ki, yarandığı gündən etibarən dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılması, fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkil edilməsi, bu sahədə həyata keçirilən dövlət dəstəyinin təşkilati-hüquqi əsaslarının və mexanizmlərinin təkmilləşdirilməsi müstəvilərində fəaliyyətini quran Agentlik bu müddət ərzində bir çox nailiyyətlərə imza atmışdır”
Onun sözlərinə görə, Agentlik bu dövrün tələblərinə uyğun olaraq ictimai sektorun həm nəzəri, həm də praktiki cəhətdən yenidən canlandırılıması, onun həm institusional, həm də konseptualoji baxımından gücləndirilməsi üçün mühüm işlər görüb: “Agentlik ölkə daxilində və xaricində həm regional, həm də beynəlxalq mahiyyət daşıyan maraqlarımızın hərtərəfli qorunması prosesinə vətəndaş cəmiyyətinin cəlb olunması, ölkəmizdə bütün sahələrdə uğurla həyata keçirilən çoxşaxəli islahatların dəstəklənməsi istiqamətində QHT-lərin daha yaxından iştirakı üçün yeni imkanlar yaratmış, onların beynəlxalq müstəvilərdə geniş şəkildə təmsilçiliyinə və ölkənin milli maraqları naminə səfərbərliyinə müvəffəq olmuşdur. Çox sevincli və qürurluyam ki, dəyərli həmkarlarımla birlikdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü olaraq mən də bu prosesin fəal iştirakıçısı olmuşam. Vətəndaş cəmiyyətinin inkişafı yolunda hər zaman bizə diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səmimi təşəkkürümü və dərin minnətdarlığımı bildirirəm”.
“Vətəndaş cəmiyyəti üzvlərini, dəyərli həmkarlarımı bu gün münasibətilə səmimi qəlbdən bir daha təbrik edir, dövlətimiz və cəmiyyətimiz naminə həyata keçirdikləri əzmkar fəaliyyətlərində böyük uğurlar, yeni-yeni nailiyyətlər arzulayıram!” deyə A.Allahverənov sonda bildirib.
228 views