Əlilliklə bağlı ümumi məlumat

cedvel

Əlilliyi olan şəxslər barədə ümumi məlumat

 

Statistika

Mənbə: Dövlət Statistika Komitəsi 2023
Əhalinin ümumi sayı 10 127,1 100 nəfər
Əlilliyi olan şəxslərin ümumi sayı 488 774 (ümumi əhalinin 4,8%)
Əlilliyi olan uşaqlar 46 654 (ümumi əoş-ların 9,5%)
Sosial müavinat alan əlilliyi olan şəxslər 162 813 nəfər
18 yaşadək əlilliyi olan uşaqların 1 nəfərinə düşən aylıq müavinat 196,37 manat
Orta aylıq sosial müavinat 162.36 manat
Əlilliyi olan pensiyaçılar 273 153 nəfər
Onlardan:
Qadınlar 132 983 nəfər
Kişilər 140 170 nəfər
Işləyənlər 43 789 nəfər
Işləməyənlər 229 364 nəfər
Azərbaycan Respublikası Prezidentinin əlilliyi olan şəxslər üçün təqaüdləri:
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 130.00 manat
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 210.00 manat
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə; 80.00 manat
18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 80.00 manat
1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 335.69 manat
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə, o cümlədən:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 337.63 manat
Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə 339.90 manat
 Böyük Vətən Müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə X
Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə;  350.19 manat
Xüsusi qayğıya ehtiyacı olanlar 97 000 nəfər
Onlardan:
– yetginlik yaşına çatmayanlar 47 000 nəfər
– yetginlik yaşına çatanlar  50 000 nəfər
Orta aylıq pensiya 372,1 manat
Minimum pensiya 280 manat
Orta aylıq əmək haqqı 923,9 manat
Minimum əmək haqqı 345 manat
İnkluziv təhsilə cəlb olunmuş əlilliyi olan uşaqlar 120 nəfər ümumi əoş-ların 0.2%
Ali məktəblərdə təhsil alan əlilliyi olan şəxslər Statistika aparılmır

Əlilliyi olan şəxslər barədə ümumi məlumat

Müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs hesab edilir.

Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti, əlilliyi və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əlilliyinin qiymətləndirilməsi, əlilliyi olan şəxslərin sosial müdafiə tədbirlərinə ehtiyacların müəyyən edilməsi tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir.

TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:
1. ümumi səbəblərdən:
· ümumi xəstəlik,
· istehsalat zədəsi;
· peşə xəstəliyi,
· Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar,
· hərbi xidmət dövrü ilə əlaqədar,
· hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar,
· terror hadisəsi ilə əlaqədar

2. xüsusi səbəblərdən:
· Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;
· 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar,
· hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar,
· Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar.

 

 

 

2406 views