Sosialmedia.az xəbər verir ki, İsrail ordusu Qəzza zolağında əməliyyatı özünümüdafiə çərçivəsində genişləndirir, lakin girovların azad edilməsi barədə razılaşma əldə edilərsə, “öz hərəkətlərini düzəltməyə” hazırdır.
Ordu mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir anklavda keçirilən əməliyyat müşavirəsinin yekunlarına dair bildirib.
“Biz əməliyyatımızı genişləndirəcək, əlavə ərazilər üzərində əməliyyat nəzarətini təmin edəcək, HƏMAS hərəkatı tamamilə məğlub edilənə qədər terror infrastrukturunu təmizləyəcək və məhv edəcəyik. Biz özünümüdafiə çərçivəsində hərəkət edirik və özümüzü qorumaq üçün hücum etməliyik. Sərhədin o biri tərəfindəki təhdidləri aydın və qətiyyətlə aradan qaldırmadan özümüzü qoruya bilmərik”, – Zamir bildirib.
28 views