İran yüksəkrütbəli məmurların ölümünü rəsmən təsdiqlədi

  • İranın Müdafiə Nazirliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli komandirlərinin ölüm xəbərini rəsmən açıqlayıb.

Sosialmedia.az xəbər verir ki, bu barədə idarənin sosial şəbəkədəki hesabında məlumat verilib.

“Dərin kədər və sarsılmaz qürur hissi ilə biz SEPAH-ın yüksəksəviyyəli komandirləri – general-mayor Məhəmməd Baqiri (Silahlı Qüvvələrin Baş Qərargah rəisi), general-mayor Qulam Əli Rəşidin (“Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı) və general-mayor Hüseyn Salaminin (SEPAH-ın baş komandanı), eləcə də bir sıra elm adamları, həmvətənlərimiz və xüsusilə qadınlar və uşaqların şəhid olduqlarını elan edirik.

Bu hücumda nahaq yerə tökülən qan cavabsız qalmayacaq. İndi qisas İran Silahlı Qüvvələri tərəfindən fəal şəkildə həyata keçirilən müqəddəs bir missiyadır və ədalət zəfər çalana qədər davam edəcək”, – deyə məlumatda bildirilir.

75 views