Zəngəzur dəhlizini unudun… – Simonyan

Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizi yox, yol olacaq.

Sosialmedia.azTeleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

Spiker jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı sualına belə cavab verib:

“Zəngəzur dəhlizini unudun, dəhliz yox, yol olacaq. Biz bu barədə danışmışıq, onun hüquqi tənzimləmələri dəfələrlə verilib”.

25 views