Sosialmedia.az

AZAL təyyarəsi ilə bağlı ekspertiza nəticələri açıqlanmaq üzrədir

Aktauda AZAL təyyarəsinin qəzaya uğramasıyla bağlı ekspertiza nəticələri yaxın vaxtlarda açıqlana bilər.

Sosialmedia.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işi üzrə keçirilən mətbuat konfransında Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov məlumat verib.

Onun sözlərinə görə, qəza ilə bağlı 100-ə yaxın ekspertiza təyin olunub və təhqiqat davam etdirilir:

“Bu yaxınlarda Azərbaycandan olan ekspertiza nümayəndələri Qazaxıstana ezam olunub və geniş müzakirələr aparılıb. Ekspertizanın nəticələrinin əldə edilməsi istiqamətində səylərimiz davam edir”,- deyə o bildirib.

Bundan əlavə o, yaxın zamanda ekspertizanın nəticələrinin açıqlana biləcəyini istisna etməyib.

39 views