Sosialmedia.az

Ağcaqanadlar bu rəng geyinənlərə YAXINLAŞMIR

Yay gəldi, Azərbaycanda həşəratların, xüsusən də ağcaqanadların sayı artdı. Onlara qarşı görülən tədbirlər (dərmanlama və s.) bəzən heç bir nəticə vermir. Lakin bu son çarə deyil.

Bir çox insan həşaratların ağ rəngə yaxınlaşmadığını bilmir. Bəs bunun səbəbi nədir?

Bu, əsasən həşəratların görmə qabiliyyəti ilə bağlıdır. Ağ rəng həm günəş işığını, həm də elektrik işığını güclü şəkildə əks etdirir. Bir çox həşəratlar, xüsusən də ağcaqanadlar tünd rənglərə daha çox qonurlar. Həm də çox güman ki, ağ rəngdə komuflyaj ola bilmirlər. Bundan başqa həşəratların çoxu ultrabənövşəyi və mavi-yaşıl spektrdə olan rəngləri daha yaxşı görür. Ağ rəng ultrabənövşəyi işığı az udur, buna görə də həşəratlar onu o qədər də cəlbedici hesab etmirlər. Tünd rənglər günəş işığını daha çox udur və istilik yayır, bu da bəzi həşəratlar üçün cəlbedici ola bilər. Ağ rəng isə daha soyuq səthlər yaradır və bu, həşəratları cəlb etmir. Ona görə də yayda ağ paltar geyinmək təkcə istidən yox, həm də ağcaqanadlardan qorunmaq üçün tövsiyə olunur. Sosialmedia.az

30 views