Sosialmedia.az

Sumqayıtın “qardaşları”nın sayı artıb

Sumqayıt xarici ölkənin vilayət ilə qardaşlaşıb.

Sosialmedia.az xəbər verir ki, “Sumqayıt şəhəri ilə Özbəkistanın Daşkənd vilayəti arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol” imzalanıb.

Qeyd edək ki, Sumqayıt bir neçə ölkənin şəhərləri ilə qardaşlıq əlaqələri qurub. Bu siyahıda Lüdviqshafen (Almaniya), Piteşti (Rumıniya), Çju Cou (Çin), Lins (Avstriya), Genuya və Bari (İtaliya), Ceyhan (Türkiyə), Mogilyov (Belarus Respublikası), Belostok (Polşa), Rustavi (Gürcüstan), Aktau (Qazaxıstan), Cerkassı (Ukrayna), Nevinnomıssk (Rusiya Federasiyası) şəhərləri var.

Sumqayıt şəhərində Çerkassı şəhərinin adını daşıyan küçə və Lüdviqshafen şəhərinin adını daşıyan park mövcuddur. Bu şəhərlərdə də Sumqayıtın adını daşıyan küçələr var.

30 views