Sosialmedia.az-ın məlumatına görə, ekran işində onun dostları İlkin Həsəni və Elşən Orucov yer alıb. Klipdə aktyor Nicat Rəhimovun olmaması isə müzakirələrə səbəb olub.
N.Rəhimovun həyat yoldaşı Ülviyyə Rəhimova bununla bağlı suallara cavab verib. O, Azərin ailəsi ilə münasibətlərinin olmamasını şayiə adlandırıb:
“Bizə dünəndən çoxlu sual gəlir ki, nə əcəb Azərə həsr olunmuş klipdə yox idiniz? Kiminləsə aranız dəyib? Klipdə gördüyünüz heç bir dostumuzla aramız dəyməyib. Sadəcə müəyyən səbəblərdən insan haralardasa iştırak etməyə bilər. Və inanın Azər, onun gözəl ailəsinə olan səmimi sevgimiz, hörmətimiz, mehribançılığımız belə şeylərlə ölçülmür. Həyatın pərdəarxası da var. Dostlarımız həqiqətən çox gözəl iş görüblər. Gəlin belə şeylərə baxaq. Təki Azikın ruhu şad olsun”.
Qeyd edək ki, Azər və Nicat birlikdə “Bozbash pictures”də rol alıb və “Xəzər TV”də veriliş aparıb.
30 views