Cüdo üzrə kişilər arasında Liqa yarışının II turu keçirilib.
Sosialmedia.az xəbər verir ki, yarışda iştirak edən Sumqayıtlı Eltac Yusifli (Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM) 66 kq üzrə üçüncü yerə sahib çıxıb.
Qeyd edək ki, yarış Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilib. Yarışda 39 klub və idman cəmiyyətindən olan 170 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.
Bundan əlavə, cari ildə kişilər arasında Liqa yarışının daha 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.
35 views