Sosialmedia.az

Qadın hakimlərin sayı AÇIQLANIB

Azərbaycanda qadın hakimlərin sayı açıqlanıb.

Sosialmedia.az-ın məlumatına görə, Sumqayıt şəhərinin daxil olduğu Abşeron-Xızı iqtisadi rayonunda ümumilikdə 19 qadın hakim fəaliyyət göstərir.

Cəmi isə Azərbaycanda 179 qadın hakim olduğu bildirilib. Onlardan 113 nəfəri 30-40 yaş, 48 nəfəri 40-50 yaş, 11 nəfəri 50-60 yaş aralığındadır, 7 nəfərin yaş aralığı isə 60 və daha yuxarıdır.

Bundan əlavə, qadın hakimlərdən 5-i kassasiya, 23-ü apellyasiya, 151-i birinci instansiya məhkəməsi üzrə işini davam etdirir.

35 views