Bu gündən etibarən 2025-2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçiminə start verilir.
Sosialmedia.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhərində valideynlər 8 iyul saat 13:00-dan başlayaraq məktəb seçimini həyata keçirə bilərlər.
Qeydiyyat “mektebeqebul.edu.az” portalı üzərindən aparılır və 12 sentyabr 2025-ci ilədək davam edəcək.
Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il beş yaşı tamam olan uşaqlar qəbul olunur.
33 views