ABŞ Prezidenti Donald Trampın Rusiya və Çini bomba ilə hədələdiyi 2024-cü ilə aid səs yazısı ortaya çıxıb.
Sosialmedi.az xəbər verir ki, səs yazısı CNN tərəfindən yayımlanıb.
Həmin səs yazısında Tramp seçki kampaniyasının sponsorları ilə görüşdə Rusiya və Çin prezidentləri Vladimir Putin və Si Cinpinlə apardığı danışıqları nəql edib.
Onun həmkarları ilə danışıqlarda rus qoşunlarının Ukrayna sərhədini keçəcəyi və Çinin Tayvana hücum edəcəyi təqdirdə birbaşa bombardmanla hədələdiyi bəlli olur.
“Ukraynaya getsən, mən Moskvanı bombalayacağam. Mənim seçimim olmayacaq. Putin mənə inanmadığını dedi. Amma o mənə 10% də olsa inanırdı. Bunu özünə də bildirdim. Putinə dediklərimin eynisini Si Cinpinlə danışdığım zaman da dedim. Qeyd etdim ki, Tayvana hücum etsə, Pekini bombalayacağam. O fikirləşirdi ki, mən dəliyəm. Dedi ki, Pekini bombalayacaqsan? Bombala. O da mənə 10% inanırdı”, – səs yazısında deyilir.
26 views