“Sumqayıt” futbol klubu yeni mövsümün hazırlıqlarına start verib.
Sosialmedia.az-ın məlumatına görə, kollektiv doğma şəhərdə bir araya gəlib. Komanda yeni baş məşqçi Saşa İliçin rəhbərliyi altında “SOCAR Polimer Arena”nın yardımçı meydançasında məşqlərə davam edir.
Amma heç də hər kəs serbiyalının sərəncamında yer almayıb. Kənarda qalanların siyahısı kifayət qədər genişdir. Burada İsa Suliman, Ronaldo Vaskes, Silvanus Nimeli və Səbuhi Abdullazadə yer alır.
Ronaldo dünən Azərbaycana qayıdıb. Suliman növbəti həftədən düşərgədə yer alacaq. Nimeli və Abdullazadə ilə bağlı isə qeyri-müəyyən durum var.
Əcnəbi hücumçu ilə bağlı yekun qərar verilməyibsə, Abdullazadə ilə yeni anlaşma imzalamaq düyünə düşüb.
“Kimyaçılar”ı 10-a yaxın futbolçunun tərk etdiyini də nəzərə alsaq, İliç üçün vəziyyətin nə qədər ağır olduğu ortaya çıxır.
15 views