Sosialmedia.az

Sumqayıt zavodu beynəlxalq mükafata NAMİZƏDDİR

Sumqayıtda fəaliyyət göstərən müəssisə mükafat qazana bilər .

Sosialmedia.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Sənaye 4.0 forumu – Gələcəyin sənayesi: Texnologiya və insan gücü” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki,  “SOCAR Türkiyə”yə məxsus “Petkim” və “STAR” zavodları artıq Dünya İqtisadi Forumunun dünyada ən qabaqcıl rəqəmsallaşdırılmış sənaye sahələri üçün qəbul edilən nüfuzlu beynəlxalq mükafat olan “Digital Lighthouse” mükafatına layiq görülüb. İki il yarımlıq genişmiqyaslı transformasiya fəaliyyətindən sonra bu il Sumqayıt şəhərində yerləşən “SOCAR Karbamid” zavodu da bu mükafata namizədlər siyahısındadır.

39 views