Sosialmedia.az

18 yaşında Vətən uğrunda canından keçdi

Vətən müharibəsi şəhidi Saleh Nuriyevin doğum günüdür.http://Sosialmedia.az

Saleh Səxavət oğlu Nuriyev 18 iyul 2002-ci ildə Sumqayıtda anadan olub. 2008-ci ildə 33 nömrəli məktəbə daxil olub və 9 il burada oxuyub. Sonra valideynlərinin arzusu ilə Sumqayıt Dövlət Texniki Kollecində 3 il təhsil alıb.

44 günlük Vətən müharibəsi zamanı Saleh Qubadlı və Cəbrayıl uğrunda gedən döyüşlərdə vuruşub. 16 oktyabr 2020-ci ildə Cəbrayıl uğrunda qəhrəmancasına şəhid olub.

Vətən oğlu Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Saleh Nuriyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülüb.

 

34 views