Qorxmaz Əlilicanzadə serialdakı ədalətsizliyi açıqladı

Qorxmaz Əlilicanzadə serialdakı ədalətsizliyi açıqladı

Əməkdar artist Qorxmaz Əlilicanzadə “Qayınana” serialında üzləşdiyi çətinliklərdən danışıb.

Sosialmedia.az xəbər verir ki, aktyor bu barədə “Elgizlə izlə” verilişində çıxışı zamanı bildirib. O, serial zamanı ona qarşı edilən haqsızlıqlardan söz açaraq, yaşadığı narahatlıqları tamaşaçılarla bölüşüb.

“Rejissor filmə cavabdeh olur, yeni adam tapıb, aktyor yetişdirir. İndiki rejissorlar aktyorla işləməyi bacarmırlar. Aktyorun öhdəsinə verirlər hər şeyi. “Qayınana” serialında zülm çəkdim. Rolumu sıxırdılar. Mənə rol verdilər, xırda rollar oldu.

Hamıya böyük yer ayırırdılar. Təsəvvür edin, sonda bir rol oldu: gəlib, deyirdim, arvad, gedirəm, mağazadan müğayət ol. Sonda gəlirdim, nə etdin? Dedim ki, dayanın, kim istəyir gəlib oynasın. Gedib məndən şikayət etdilər ki, özündən söz artırır. Məni əzməyə başladılar. Hətta baş rolda adımı yazmadılar. İndi həmin rejissorla haradasa üz-üzə gəlməyi gözləyirəm. Hamının içində onu pərt edəcəm”.

Qeyd edək ki, sözügedən serialın rejissoru Rüfət Şahbazov olub. Serial 2011-ci ildə çəkilib.

65 views