Sosialmedia.az

Sumqayıtlı futbolçunun yeni klubu haqqında TƏƏSSÜRATI

Sumqayıtlı futbolçu yeni klubu haqqında Sosialmedia.az-a açıqlama verib.

O, Xorvatiyanın “Varajdin” klubuna transferinin onun üçün vacib qərar olduğunu və legioner həyatı yaşayacağı üçün xoşbəxt olduğunu bildirib.

“Klubda ilk gündən çox isti qarşılandım və həm rəhbərlik, həm də komanda yoldaşlarım tərəfindən böyük dəstək gördüm. Məşqlər çox intensiv keçir. Temp yüksək səviyyədədir. Bu da məndən tam gücümü ortaya qoymağı tələb edir. Hazırda fərdi məşq proqramı ilə çalışıram və yaxın 1 ay ərzində komandanın tempinə tam uyğunlaşacağımı düşünürəm. Rəhbərlik çox açıq və futbolçularla daim əlaqədədir, bu da uyğunlaşmanı asanlaşdırır. Sağ cinahda oynamağım planlaşdırılır, amma mövqeyim məşqçilərin qərarına uyğun olaraq dəyişə bilər. Şəhər kiçik, amma çox mehribandır. Bu sakitlik və rahatlıq mənim tam şəkildə futbola fokuslanmağım üçün idealdır. Əsas məqsədim komandaya faydalı olmaq, sabit çıxış etmək və hər oyunda özümü daha da yaxşı göstərməkdir”, – deyə Rüfət Abdulluzadə vurğulayıb.

Xatırladaq ki, Abdullazadə 2017-ci il noyabrın 4-də Azərbaycan Premyer Liqasında “Sumqayıt” – “Keşlə” ilə oyununda debüt edib.

35 views