Sosialmedia.az

Azərbaycanın bəzi ərazilərində leysan xarakterli yağış yağıb – FAKTİKİ HAVA

Ölkə ərazisində iyulun 27-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

Sosialmedia.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb.

Bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 4, Qax, Zaqatala, İsmayıllı, Şamaxı, Quba, Xaltan və Şahdağda 1 mm-dir.

Şərq küləyi əsib. Küləyin maksimal sürəti arabir Naftalanda 20, Culfada 17 m/s-dək güclənib.

İyulun 26-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 36, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti qeydə alınıb.

24 views