Sosialmedia.az

Zəngəzur dəhlizi və İranın davakar ritorikası

Zəngəzur dəhlizi ətrafında son proseslər, xüsusilə Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı açıqlamaları və “Periodista Digital” nəşrinin iddiaları İranda yenidən ciddi müzakirələrə səbəb olub.

“Azad İran” YouTube kanalında yayımlanan süjetdə qeyd edilir ki, İranın daxili və xarici problemlərinə baxmayaraq, dəhliz mövzusu gündəmi zəbt edir.

SEPAH-a bağlı “Fars” agentliyi yazır: “Zəngəzur dəhlizi İran üçün sadəcə nəqliyyat xətti deyil, həyati məsələdir”.

Rəsmi İrəvanın İspaniya nəşrinin məlumatını təkzib etməsi də vəziyyəti sakitləşdirməyib.

İran mediası “təhlükə zəngi” başlıqlı yazılarla mövzuya emosional yanaşır və konspiroloji fikirlər tirajlanır.

Bu yazılarda Zəngəzur dəhlizi guya İranı mühasirəyə almaq və parçalamaq üçün bir plan kimi təqdim olunur.

İddialara görə, bu planın arxasında İsrail dayanır və Azərbaycan əsas müttəfiq kimi göstərilir.

Belə görünür ki, dəhliz məsələsi İranda anti-Azərbaycan təbliğatı üçün alətə çevrilib və bəzi dairələr hərbi addımlara da çağırış edirlər.Sosialmedia.az

30 views