Sosialmedia.az

Dövlət adından yaradılan PHŞ-lərə büdcə hesabına vəsaitlərin ödənilməsi qaydası dəyişdi

Prezident İlham Əliyev 2019-cu il 25 dekabr tarixli 901 nömrəli Fərmanda dəyişiklik edib.

Sosialmedia.az President.az-a istinadən xəbər verir ki, dəyişiklik dövlət adından yaradılan publik hüquqi şəxslərə büdcədən məqsədli vəsaitlərin ayrılması qaydalarını tənzimləyir.

Əvvəllər yalnız dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər bu qaydaya daxil idi.

Yeni əlavəyə əsasən, təyinatlı tədbirlər publik hüquqi şəxsin tabe olduğu qurumun büdcədənkənar vəsaiti ilə də həyata keçirilə bilər.

Qaydada 1.5-ci bənd əvvəllər 1.4-cü idi. Yeni 1.4-cü bənd əlavə olunub.

2.1-1-ci bənd ləğv edilib. Bu bənd qalıq vəsaitlər nəzərə alınaraq müqavilə bağlanmasını tənzimləyirdi.

Bundan sonra Maliyyə Nazirliyi sifariş sənədlərinə əsasən vəsait ayıracaq. Ödənişlər publik hüquqi şəxsin xəzinə hesabına köçürüləcək.

Fərmanın icrası Nazirlər Kabinetinə həvalə olunub.

47 views