Kıvanç Tatlıtuğ 1,5 milyon avroluq yaxtası ilə görüntüləndi – Fotolar

Türkiyəli məşhur Kıvanç Tatlıtuğ bahalı yaxtası ilə görüntülənib.

Sosialmedia.az  xəbər verir ki, o, Yalıkavakda ilk dəfə özəl istehsal olan Mazu 52 HTS tipli yaxtasında kameraların obyektivinə düşüb.

Tatlıtuğ qayığı ilə xanımı Başak Dizer və oğlu Kurt Efeni Egey dənizində gəzintiyə  çıxarmağı planlaşdırır.

Bunan əlavə, aktyor yaşına baxmayaraq fit bədəni ilə diqqət çəkib.

Qeyd edək ki, lüks yaxtanın qiymətinin 1,5 milyon avro (70 milyon lirə) olduğu iddia olunur.

57 views