2 avqust – Azərbaycan Kinosu Günüdür

Sosialmedia.az xatırladır ki, ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Bu gün — avqustun 2-si Azərbaycan Kinosu Günüdür. Bu tarix ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə kino işçilərinin peşə bayramı kimi təsdiqlənib.

Azərbaycan kinosunun əsası 1898-ci il avqustun 2-də Aleksandr Mişonun lentə aldığı sənədli və bədii süjetlərin Bakıda nümayişi ilə qoyulub.

20-ci əsrin əvvəllərində xarici şirkətlər Bakıda film istehsalına başlayıb. 1916-cı ildə “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə “Arşın mal alan” filmləri çəkilib.

1923-cü ildə AFKİ və Birinci Dövlət Kinofabrikinin əsası qoyulub. Sonradan bu qurumlar “Azərfilm”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adları ilə fəaliyyətini davam etdirib. 1960-cı ildən kinostudiya Cəfər Cabbarlının adını daşıyır.

“Azərbaycanfilm” indiyədək 2000-dən çox film istehsal edib. “Arşın mal alan”, “Axırıncı aşırım”, “Nəsimi”, “Bizim Cəbiş müəllim” kimi filmlər müxtəlif mükafatlara layiq görülüb.

28 views